Metroda dostu ilə dalaşdı, özünü relslərin üzərinə atdı

Metroda dostu ilə dalaşdı, özünü relslərin üzərinə atdı backend

Gündüz saatlarında Bakıda metro stansiyasında bir nəfər özünü qatar relslərinin üzərinə atıb.

Trend-in məlumatına görə, hadisə "Gənclik" metro stansiyasında baş verib.

İnsidentlə bağlı Trend-in sualına cavab olaraq Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə iki dost arasında münaqişə zəmində baş verib: "Bakı şəhər sakini Zülfüqarov Elvin Əli oğlu dostu ilə metronun "Gənclik" stansiyasında mübahisə edib və özünü relslərin üzərinə atıb. Stansiya əməkdaşları və polislərin köməyi ilə həmin şəxs dərhal relslərin üzərindən çıxarılıb. Hadisə baş verən zaman tunelə yaxınlaşan qatar olmayıb".
Diaspora