Odessada damda barrikada quran azərbaycanlılara qarşı qoşun yeridildi - QƏTL SONRASI...

Odessada damda barrikada quran azərbaycanlılara qarşı qoşun yeridildi - QƏTL SONRASI... backend

Ukraynanın Odessa vilayətində polis, Operativ Çevik Əməliyyat Korpusu (KORD) döyüşçüləri, Milli Qvardiyanın dəstələri və Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları qətl törətməkdə şübhəli bilinən azərbaycanlıları tutmaq üçün xüsusi əməliyyat keçirib.

Virtualaz.org xəbər verir ki, şübhəlilər “7-ci kilometr” adlı bazardakı anbarlardan birinin damında barrikada qurublar.

Polisin bildirdiyinə görə, bu əməliyyatdan bir qədər əvvəl Belqorod-Dnestr rayonundakı restoranlardan birində gənclərdən ibarət altı nəfərlik qrupla “Kərim” ləqəbli azərbaycanlı biznesmen arasında sözlü mübahisə düşüb. Bu zaman “Kərim” tanışlarına zəng edərək onları köməyə çağırıb. Aprelin 29-da axşam mübahisəyə cəlb olunmuş gənclərdən birinə görüş barədə zəng daxil olub.



“Həmin gənc və dostları yerli bazarın qarşısında görüşə razılıq veriblər. Saat 7.00 radələrində bazara üç nəfər gəlib və gəncləri travmatik tapança ilə güllələyib, habelə onlara qarşı soyuq silah tətbiq edib. Sinəsindən aldığı iki bıçaq zərbəsindən və 8 güllə yarasından həmin gənc xəstəxanada keçinib”-regional polis idarəsinin rəisi Dmitri Qolovin bildirib.

Cinayəti törədənlər hadisə yerindən qaçıb gizləniblər. Daha sonra onların Odessa ətrafında gizləndiyi yer aşkar edilib. Xüsusi əməliyyat nəticəsində şübhəliləri “7-ci kilometr” bazarındakı anbarlardan birinin damında yaxalayıblar. Saxlanılanların hər üçü azərbaycanlıdır.
Diaspora