Putin toplantıda götürdüyü qeydləri ÜZÜNDƏN OXUYA BULMƏDİ

Putin toplantıda götürdüyü qeydləri ÜZÜNDƏN OXUYA BULMƏDİ backend

Rusiya prezidenti Vladimir Putin Moskvadakı görüşdə götürdüyü qeydləri çıxış zamanı üzünə oxuya bilmədiyi üçün özünü danladı.

Hadisə cümə günü Rusiya parlamentinin alt və üst qanadı Duma və Federasiya Şurası üzvlərinin prezident Putinlə ölkə qanunlarını müzakirə etdikləri məşvərət toplantısında baş verib.

İlk öncə Federasiya Şurasının sədri Valentina Matviyenko və sonra Duma sədri Vyaçeslav Volodin aktual qanun təklifləri haqqında fikirlərini bildirərkən, Putinin davamlı olaraq qeydlər götürdüyü müşahidə olunub. Ancaq söz Vladimir Putinə veriləndə zalda sükut hakim olub.
Qeyd dəftərinə bir dəqiqə gözlərini dikən Putin, "Bu nə cür qeyddir, oxuya bilmirəm. Sanki burada toyuqlar gəzmiş. Öz xəttimi oxuya bilmirəm" deyib. Putinin bu sözlərindən sonra salonda qəhqəhələr eşidilib. İclasda aktual qanunlarla bağlı çox maraqlı təkliflər duyduğunu çıxışında dilə gətirən Rusiya lideri, "Qüsura baxmayın, hamısı yadımdadır, ancaq aldığım qeydləri oxuya bilmədiyim üçün konkret bir şey söyləmirəm" deyə, öz iradını təkrar edib.

Müxalifət.az
Diaspora