Ermənistanın daimi əhalisinin sayı 2018-ci ilin aprelin 1-i tarixinə əsasən 2.969,9 milyon nəfər təşkil edir. Bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Qeyd edilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin sayı 11,6 min nəfər azalıb. Əhalinin sayının bu dövr ərzində azalmasının səbəbi kimi ölkədən gedənlərin sayının yüksək olması göstərilir.(Qafqazinfo)