Rusiyanın Daxili İşlər Nazirliyinin başçısı Vladimir Kolokoltsev aprelin 16-da başqalarının həyatını xilas etmək üçün öz həyatını riskə atanları təltif edib.
Bu qəhrəmanların arasında soydaşımız da var.Qaziler.az Media.az-a istinadən bildirir ki, polis polkovniki Aydın Qəmbərov həmin gün xidmətdə olmayıb, lakin buzun altına uşaqların düşdüyünü eşidərkən özünü suya ataraq uşaları xilas edib.
Bu barədə Rusiyanı "Birinci" kanalı məlumat yayıb.
A.Qəmbərov bu cəsarət və fədakarlığına görə təltif edilib.
Xilasetmə haqda məlumat dərhal bütün Rusiyaya yayılır, polis polkovniki isə əsl qəhrəmana çevrilir.
Aydın Qəmbərov tərəfindən məktəblinin xilas edilməsi ilə bağlı videogörüntü: