Oğuzda vəzifəli şəxsin oğlunun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qaziler.az lent.az-a istinadən xəbər verir ki, Yaqublu kəndi ərazisində Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğlu – 30 yaşlı Cavid İsmayılovun yüksəklikdən yıxılması nəticəsində deyil, sökülməkdə olan tikilidə öldüyü məlum olub.Bildirilir ki, ailəli, 2 uşaq atası olan Cavid İsmayılov atasının yaratdığı tütünçülük təsərrüfatına nəzarət edirmiş və dünən tütün istixanasına gəlib. O, istixanaya gələn su xəttini açmaq üçün quyuya tərəf gedib və bir qədər sonra meyiti sökülməkdə olan tikilidə tapılıb. İlkin ehtimala görə 30 yaşlı şəxsin başına nə isə düşüb və ya yıxılaraq başından aldığı ağır xəsarətdən vəfat edib.
Hüquq-mühafizə orqanları bu gün hadisə yerinə növbəti dəfə baxış keçirib. Hadisənin konkret hansı şəraitdə baş verməsi aparılan araşdırmalar nəticəsində məlum olacaq.