Suriyanın Şərqi Quta bölgəsində çəkilişlərdən sonra Dəməşqə qayıdan rusiyalı jurnalistləri daşıyan avtobus silahlı hücuma məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Hücumun axşam saatlarında edildiyi və nəticədə NTV müxbiri Aleksey İvlev, Rusiya 1-in operatoru Mixail Vitklin və "Zvezda" televiziyasının operatoru Vladislav Dodov ayağından yaralanıb.