Blida əyalətinin Bufarik şəhərində yerləşən aeroportun yaxınlığında Əlcəzair Hərbi-Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Publika.az-ın xəbərinə görə, qəza nəticəsində həyatını itirən şəxslərin sayı 247 nəfərə çatıb.Təyyarə ölkə paytaxtı Əlcəzairdən 50 kilometr cənubda yerləşən hərbi bazanın aerodromundan uçuşdan tezliklə sonra düşüb.
“Al-Xadas” telekanalının xəbərinə görə, təyyarə yerə düşəndən dərhal sonra yanıb.
">