Kiyevin mərkəzində türk restoranı "Lokanta”ya qrup halında xuliqan hücumu olub, nəticədə bir neçə əcnəbi zərər çəkib.
Virtualaz.org bildirir ki, bu barədə QHA xəbər yayıb. Qeyd olunur ki, hadisə aprelin 8-də baş versə də, onunla bağlı məlumat yalnız indi yayılıb.Obyektin sahibi Emre Karatepenin nəşrə bildirdiyinə görə, axşam saat 22 radələridə restoranda iki nəfər cavan azərbaycanlı olub. "Dinamo" stadionu tərəfdən gələn 15-16 yaşlarında bir neçə yerli yeniyetmə oğlan restoranın yanından keçərkən ədəbsiz ifadələr işlədib və söyüş söyüblər. Azərbaycanlı gənclər onlara irad tutublar. Bundan sonra həmin yeniyetmələr yaxınlıqdakı metro istiqamətinə gedib və bir neçə dəqiqədən sonra daha 15-20 nəfər yaşıdları ilə birlikdə geri qayıdıblar.
Obyekt sahibinin sözlərinə görə, azərbaycanlılar, təcavüzkar dəstəni görüb, müəssisənin daxilində gizləniblər. Restoranın personalı yeniyetmələrin niyyətlərini hiss etdiyindən onları içəri buraxmayıb. Bu onları daha da qıcıqlandırıb. Nəticədə əlləridə bıçaqlar, futbol matçlarında istifadə olunan tüstü "şaşkaları” olan yenyetmələr mebeli dağıtmağa, başqa müştərilərə hücum etməyə başlayıblar. Bütün bunlar cəmisi 10 dəqiqə çəkib. Sonra təcavüzkar qrup oradan uzaqlaşıb. İnsident zamanı üç hindli və bir ərəb müştəri xəsarət alıb.
Emre Karatepe qeyd edib ki, polis hadisəyə operativ reaksiya verib və bir neçə yeniyetməni saxlayıb.