Qadına qarşı soyğunçuluq edib qaçarkən yaxalandı

Qadına qarşı soyğunçuluq edib qaçarkən yaxalandı backend

Qadına qarşı soyğunçuluq edib qaçan şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini olan qadın Sarayevo küçəsi ilə gedərkən bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.


Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan iki mühafizə polisi dərhal reaksiya göstərərək qadına qarşı soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.


Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü polis şöbəsinə təhvil verilib.

Şöbədə dindirilərkən Fərid Axundov qadına qarşı soyğunçuluq etdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Diaspora