Ötən gün axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun “Mahmudçala” ovçuluq-qoruq təsərrüfatından keçən 96-cı km-də “Mercedes-C” ilə toqquşan “NAZ Lifan”ın sürücüsü, Culfa rayon sakini Nağıyev İsgəndər Məhəmməd oğlu yerləşdirildiyi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, İ.Nağıyevin idarə etdiyi KE-627 tranzit nişanlı maşın Naxçıvan avtomobil zavodundan əlillərə verilmək üçün avtokarvanla Bakıya aparılan “NAZ Lifan”lardan biri olub.* * *20:38 (07.04.2018)
Hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 96-cı km-də baş verib.
Belə ki, Naxçıvandakı avtomobil zavodundan Bakıya aparılaraq əlillərə paylanmaq üçün hərəkətdə olan avtokarvandakı KE-627 tranzit nişanlı “NAZ-Lifan” markalı maşın qarşıdan gələn 90 SH 865 dövlət nömrə nişanlı “Merdcedes-C” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində “NAZ-Lifan”ın sürücüsü - Culfa rayonunun 56 yaşlı sakini Nağıyev İsgəndər Məhəmməd oğlu və “Mercedes”də olan Masallı şəhər sakinləri 56 yaşlı Muxtarov Urfan Abtalıb oğlu, 47 yaşlı Cabbarova Könül Şükür qızı, 26 yaşlı Cabbarov Zaur Müdhət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bilıəsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
* * *19:37
Bu gün axşam saatlarında Ələt – Astara - İran sərhədi avtomobil yolunun Biləsuvar rayonun Xırmandalı kəndindən keçən hissəsində “Oka” və “Mercedes” minik avtomaşınlarının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, qəza nəticəsində 1 nəfər xəsarət aldığından xəsatəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.