Moskvanın şərqində yerləşən “Persey” ticarət mərkəzində yanğın başlayıb.
Axar.az xəbər verir ki, bu barərə RİA Novosti məlumat verib. Xilasedicilər binada olanları təxliyə etməyə çalışır.Xəsarət alanların olduğu bildirilir.
“Yanğın 2-ci dərəcəli təhlükə kimi qeydə alınıb. Xəsarət alanlar var, mərkəzdə olanlar xilasedici pilləkənlər vasitəsilə təxliyə olunur”, - agentliyə bildirilib.
***
Əldə olunan son məlumata görə, yanğın zamanı ticarət mərkəzinin bir əməkdaşı həlak olub, xilasetmə xidmətinin 3 əməkdaşı isə yaralanıb.
Qeyd edək ki, martın 25-də Kemerovodakı "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfər həlak olmuşdu.