Sərnişin özünü "BakuBus"un avtobusunun qarşısına atıb

Sərnişin özünü "BakuBus"un avtobusunun qarşısına atıb backend

"BakuBus" MMC-yə məxsus avtobusun sürücüsü ilə sərnişin arasında münaqişə yaranıb.

Qaziler.az "Report"-a istinadən xəbər verir ki, hadisə 2 saylı marşrut xətti üzrə hərəkət edən 99-JX-277 dövlət nömrə nişanlı avtobusda qeydə alınıb.

Sürücü Xaqani Məmmədhəsənovun iddiasına görə, sərnişin onu təhqir edib və avtobusu saxlamaq üçün onun qarşısına keçib. X.Məmmədhəsənov məsələ ilə bağlı polisə şikayət edib və hadisə yerinə gələn polis vətəndaşı polis bölməsinə aparıb.

İnsident nəticəsində avtobusun hərəkət qrafiki pozulub və sərnişinlər həmin marşrut üzrə hərəkət edən növbəti avtobusla yola salınıblar.

"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Report"a açıqlamasında hadisədən xəbərdar olduqlarını və məsələni araşdırdıqlarını deyib: "Bu gün səhər saat 08:40 radələrində 2 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-277 dövlət qeydiyyat nişanlı avtobus metronun "20 Yanvar" stansiyası dayanacağından sərnişinləri götürüb çıxarkən bir sərnişin qarşı tərəfdən yolu keçərək yaxınlaşıb. Avtobusun yolun hərəkət zolağına daxil olduğunu, qapıların bağlandığını və sürücünün saxlamayacağını görərək özünü avtobusun önünə atıb ki, sürücü yolun ortasında qapını açsın və o, avtobusa daxil olsun. Sürücü isə avtobusun hərəkətini dayandıraraq yaxınlıqdakı polis əməkdaşlarını əraziyə çağırıb. Daha sonra polisin nəzarəti ilə avtobusun hərəkəti təmin edilib. Ümumilikdə avtobusun hərəkətində 7 dəqiqəyə yaxın ləngimə yaranıb".
Diaspora