Fransanın Tuluza şəhərində silahlı insident baş verib.
AzVision.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tuluzanın yaxınlığındakı Colomie şəhərində qeydə alınıb. Belə ki, naməlum şəxslər avtomobildən düşən azərbaycanlı Rahim Namazov və onun həyat yoldaşına 8 dəfə atəş açıblar.İnsident zamanı ağır yaralanan hər iki şəxs Purpan xəstəxanasına yerləşdirilib. Son məlumata görə, qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. R.Namazovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AzVision.az-ın əldə etdiyi məlumata görə, özünü "Opasnı Roma", "Rahim Şəkinski" kimi təqdim edən Rahim Namazov “Youtube” şəbəkəsində səs yazıları yayaraq kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovu təhqir etmişdi. Onun "Lotu Quli"nin adamları tərəfindən güllələndiyi iddia edilir.