Gələn həftə yerə düşmək ehtimalı olan Çinə məxsus “Tianqonq 1” kosmik stansiyası ilə bağlı İtaliya əhalisinə xəbərdarlıq edilib.
Axar.az xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə İdarəsinin saytında informasiya yerləşdirilib.Məlumatda hər hansı bir təhlükəli vəziyyət zamanı zəruri tədbirlərlə bağlı vətəndaşlara tövsiyələr verilib.
Xatırladaq ki, Avropa Kosmik Agentliyi “Tianqonq 1”-in düşmək ehtimalı olan ölkələr sırasında İspaniya, İtaliya, Türkiyə və Hindistanı göstərib.