Bakıda, Bulvar ərazisində Rusiyanın Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzində baş vermiş yanğında ölənlərin xatirəsi anılıb.
APA-nın xəbərinə görə, aksiyaya çox sayda insan qoşulub. Havaya şarlar uçurulub, şam yandırılıb.Qeyd edək ki, martın 25-də baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Ölənlərin sayının 78-ə çatacağı ehtimal olunur.

