İordaniyada doğum zamanı maraqlı bir hadisə baş verib.
Qaziler.az Xezerxeber.com-a istinadən bildirir ki, İordaniyanın paytaxtı Əmmanda baş verən hadisə insanları şoka salıb. Qeysəriyyə əməliyyatı zamanı həkim mobil telefonunu doğan qadının qarnında unudub.4,8 kiloqramlıq körpə dünyaya gətirən qadın bədbəxt hadisədən xəbərsiz evinə qayıdıb. Bir müddət sonra qadının qarınındakı telefona zəng gəlməsilə faktın üstü açılıb. Telefonun işlək vəziyyətdə qadının qarnında qalması sancıların yaranmasına səbəb olub.
Şəhərdəki bir dövlət xəstəxanasına aparılan qadın rentgenə düşüb. Məlum olub ki, yenicə körpə dünyaya gətirən ananın qarnında 7 santimetrlik bir cisim var. Dərhal əməliyyata alınan qadının qarnından cib telefonu çıxarılıb.
Qalmaqalı ölkə parlamentinə çıxaran bir vəkil hökumətin istefasını tələb edib. İordaniyalı millət vəkili Salim Al Bataynah 21-ci əsrdə belə bir səhvin qəbul edilməz olduğunu diqqətə çatdırıb.
İordaniya Səhiyyə Nazirliyi isə belə bir hadisədən xəbərsiz olduqlarını açıqlayıb. Nazirlik hadisənin araşdırılacağına söz verib.