Qaziantepdə 19 martdan bəri axtarılan 21 yaşlı Hüseyn Çalık meşəlik ərazidə elektrik dirəyindən asılı halda tapılıb.
4 gündür yoxa çıxan gəncin cəsədi evindən təxminən 3-4 kilometrlik məsafədə aşkar edilib.Gənc meşəyə ağac əkmək üçün gələnlər tərəfindən elektrik dirəyindən asılı vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı istintaq başlanılıb. Cəsədi səhər saatlarında tapılan gəncin gecə öldüyü təxmin edilib. Hadisənin intihar, yaxud qətl olduğu araşdırılır.
(milli.az)