İngilis Toni Ferqyuson Trafalqa döyüşü zamanı admiral Qorasio Nelsonun lideri olduğu "HMS Victory" hərbi gəmi-muzeyinə səfəri zamanı çəkdiyi video görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, görüntülərdə qadın seluiti (ruhu) görünüb. Video görüntülər sosial şəbəkəyə yükləndiyi andan etibarən, çoxsaylı baxış toplayıb. Video müəllifinin sözlərinə görə, gəminin göyərtəsində onu kiminsə izlədiyini hiss edib:"Göyərtədə olanda hiss edirdim ki, kimsə məni izləyir. Ancaq mən orada heç kimi görmədim. Görsəydim, mütləq kameranı ona tərəf çevirərdim. Lakin sonradan görüntüləri izləyəndə orada qadın siluetini xatırladan ruh gördüm. Düşünürəm ki, bu, general Nelsonun həyat yoldaşının ruhu idi. Əminəm ki, Frensis Nelson artıq orada idi. O, düz otaq vasitəsilə keçdi. Divardan keçib yox oldu"
Ferqyuson iddia edir ki, göyərtənin üstündə yüksək zabitlər üçün nəzərdə tutulan yerdə admiralın arvadının kabusunu görmək olur.
Həmin görüntüləri təqdim edirik:
">