Bakı şəhər, Sabunçu rayon, Pirşağı qəsəbəsi, Məşəl düşərgəsində dəşətli yanğın baş verib.
Məcburi köçkünlər məskunlaşdığı düşərgədə, səbəbi bilinməyən yanğın nəticəsində köçKünlərin “ev”ləri tamamilə yanaraq kül olub.XeberBiz.az onu da bildirir ki, düşərgədə baş verən yanğın, tanınmış jurnalist, mərhum Zabil Müqabiloğlunun ata “ev”indən baş verib. Jurnalistin ata və anası dünyasını dəyişdiyinə görə, bacısı tək yaşayırdı. Bundan öncə də adı çəkilən düşərgədə dəfələrlə yanğın baş verib.
Məlumat üçün onuda qeyd edək ki, adı çəkilən düşərgədə XeberBiz.az saytının baş redaktoru Xaliq Rəşidoğluda yaşayır.
Qonşuların köməyi ilə azyaşlılar və qocalar təxliyyə olunublar.
FHN-i yanğının hansı səbəbdən baş verməsini araşdırır.