Məşhur “ilan tutan” kobra sancmasından öldü

Məşhur “ilan tutan” kobra sancmasından öldü backend

Malayziyada xilasedicilərin xüsusi bölüyünün şəxsi heyəti öz kolleqaları Abu Hasini son mənzilə yola salır.

Bütün ölkədə “ilanları ram edən”kimi məşhur olan Hasin kral kobrasının sancmasından sonra vəfat edib.

Yerli nəşrlərin məlumatına görə 33 yaşlı Hasin ömrünün yarısını yaşayış yerlərinə girən və adamları sancan zəhərli sürünənlərin ovlanmasına və zərərsizləşdirilməsinə həsr edib.

İlantutan xilasedicilərin müvafiq bölümünə rəhbərlik edib və əfsanəvi şəxsə çevrilib. O, istənilən ilanı dəlikdən çıxarmaq bacarığı ilə fərqlənib.



Hasindən bir sürünən belə gizlənə bilməyib. Şəxsi mətinliyinə, peşəkarlığına baxmayaraq üç il əvvəl ilantutan bir neçə gün kobra sancmasından komaya düşmüşdü, amma o vaxt həkimlər onu xilas edə bilmişdilər. Bu dəfə ilan sancması məşum olub. Tibb işçiləri Hasini həyata qaytara bilməyiblər.

Kobra xilasediciyə tavanın altındakı gizləndiyi abajurdan hücum edib. Kral kobraları öz məkrliliyi və hücum zamanı çox cəld olması ilə məhşurdur.

Moderator.az

Diaspora