Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Bakıda tutuldu

Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Bakıda tutuldu backend

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş şəxs Bakıda tutulub.

“Report”un xəbərinə görə, Türkiyə vətəndaşı, 45 yaşlı İshak Mehmet Kağnıcıoğlu ölkəsində quldurluq, saxta pul hazırlanması və soyğunçuluq maddələri ilə axtarışda olub. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutub.

Onun Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.
Diaspora