85 yaşlı qadın metroda qatar yoluna yıxıldı

85 yaşlı qadın metroda qatar yoluna yıxıldı backend

Bakı metrosunun “İçərişəhər” stansiyasında qatar yoluna yıxılan şəxsin kimliyi bəlli olub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, həmin sərnişin 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır:

"Sərnişin metronun "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız gərginliyi çıxarıb xanımı stansiya yolundan çıxarıblar".

N.Paşayev qeyd edib ki, xanım sərnişinin görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibbi yardım çağrılıb. Hadisəya görə xətdə 3 dəqiqə gecikmə yaranıb.
Diaspora