8 min illik kənd tapıldı - FOTO

8 min illik kənd tapıldı - FOTO backend

Çinli arxeoloqlar Çinin şimal-şərqindəki Liaoninq əyalətinə bağlı Fuşin şəhərində min kvadratmetrlik sahədə apardıqları qazıntı işlərində 12 ev və 2 suvarma kanalı tapıblar.

Moderator.az xəbər verir ki, yarısının torpağın içində inşa edildiyi və mağaraya bənzədiyi evlərin alimlər tərəfindən təxminən 8 min il yaşı olduğu iddia edilir.

Hər biri öz mətbəxinə malik evlərin içində saxsı və daşdan emal edilən 2 min 500-dən çox qalıq olub.

Liaoninq Universitetinin tarixçisi Vanq Çuang kənddə yaşayanların ovçuluq və kənd təsərrüfatı etdiyinə dair tapıntılar olduğunu bildirib.
Diaspora