Son iki həftədə üçüncü çovğun Birləşmiş Ştatların şimal-şərq bölgəsindəki milyonlarla insanı öz təsirinə məruz qoyub.
Rod Aylend və Massaçusetts ştatının bir hissəsində sakinlər və yolları təmizləyən maşınlar tırfınanın fəsadlarını aradan qaldırmağa çalışır. “Mən çox uzağa gedə bilmirəm, bir az getdikdən sonra geri dönəndə artıq yol qarla dolu olur. Belə şəraitdə işləmək çox çətindir” deyə, qar təmizləyən maşının sürücüsü bildirir.Fırtına səbəbindən dəmir və hava yollarından istifadə mümkün olmadığına görə, bəzi sakinlər yaxın məsafələrə xizəklə getməli olur.
Mart ayının 2-də bölgədəki fırtına 8 nəfərin ölümünə səbəb olub, milyonlarla insan elektriksiz qalıb. Bu, son beş gündə ikinci dağıdıcı fırtına idi.
Musavat.com