Rusiyaya məxsus “Mi-8” helikopteri Çeçenistanda qəzaya uğrayıb.
Qaziler.az AzVision.az-a istinadən xəbər verr ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.İlkin məlumatlara əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb. 4 nəfərin isə taleyi məlum deyil. Helikopterin Rusiya Sərhəd Xidmətinə məxsus olduğu bildirilir.
Qəza Çeçenistanın İtum-Kalinski rayonunda, Gürcüstanla sərhəddən 8 kilometr aralıda baş verib. Qəzanın baş vermə səbəbləri araşdırılır.