Rusiyanın An-26 nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, qəza zamanı 32 nəfər həlak olub.Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
“Martın 6-da Moskva vaxtı ilə saat 15:00-da Rusiyaya məxsus An-26 təyyarəsi Hmeymim bazasına eniş zamanı qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarədə 26 sərnişin və 6 heyət üzvü olub. Hamısı həlak olub”, - nazirliyin yaydığı məlumatda bildirilib.