Bakının Nizami rayonunda kütləvi dava baş verib.
"Report" xəbər verir ki, dava Qara Qarayev prospekti 62 ünvanında yerləşən 34 saylı mənzilin qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında qeydə alınıb.Bu zamanı Y.Məmmədova 3 bıçaq zərbəsi vurulub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı habelə daha 2 nəfər xəsarət alıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.