300 kiloqram dinamitlə yıxılmayan bina 1 gün sonra öz-özünə çökdü - FOTO

300 kiloqram dinamitlə yıxılmayan bina 1 gün sonra öz-özünə çökdü - FOTO backend

Türkiyədə Sosial Təhlükəsizlik agentliyinə aid olan boş ərazidə yerləşən 13 mərtəbəli bir bina 300 kiloqram dinamit yerləşdirilərək partladılmasına baxmayaraq dağılmayıb.

Moderator.az xəbər verir ki, hadisənin maraqlı tərəfi isə növbəti gün həmin binanın öz-özünə çökməsi olub.

Binanın ətrafında təhlükəsizlik tədbirləri görüldüyündən heç kimsə zərər görməyib. Sənədli film çəkən Serkan Bıçaqçı "binanın üç qatına dinamit yerləşdirmişdik. Dünən ikisi partladı, biri isə partlamadı. Üçüncü qatdakı dinamit bu gün partladı və bina ona görə bu gün çökdü" deyib.


Diaspora