Mədinə yaxınlığındakı Uhud dağında şəlalə yarandı

Mədinə yaxınlığındakı Uhud dağında şəlalə yarandı backend

Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanının bir sıra quraq bölgələrində əhəmiyyətli miqdarda yağıntı düşüb. Müqəddəs Mədinə şəhərinə də xeyli leysan yağış yağıb.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, güclü yağışlar nəticəsində fevralın 24-də şəhər yağınlığındakı məşhur Uhud dağında şəlalə meydana gəlib. Video-görüntülərdə insanların bu yerlər üçün qeyri-adi olaya görə necə sevindiyi görünür.

Uhud dağı Mədinə şəhərinin şimalında yerləşir. Bu gün artıq bu dağ şəhərin bir hissəsinə çevrilib. Ən yüksək zirvəsinin hündürlüyü 1126 m-dir. Peyğəmbərimiz (s.ə.v.) Uhud dağını çox sevər və bu haqda öz səhabələrinə daim bəhs edərdi.

Xatırladaq ki, hicrətin 3-cü ilində, miladi tarixi ilə 625-ci ildə Uhud dağında Peyğəmbərimizin(s.ə.v.)də iştirakı ilə müsəlmanlarla müşriklər arasındakı məşhur döyüş baş verib. Müsəlmanlar Peyğəmbərin(s) bəzi əmrlərinə səhlənkar yanaşmaları və döyüşün ilk mərhələsində qalib gəldiklərini zənn edərək qənimət dalınca qaçmaqları kimi səbəblərdən məğlub olublar...
">





Diaspora