Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi Kamil Musəvi Türkiyənin məşhur mafiya liderlərindən olan Sedat Pekərlə görüşüb.
Unikal.org-a danışan K.Musəvi S.Pekərin onun Türkiyəyə gəldiyindən xəbər tutaraq, evinə dəvət etdiyini deyib:"Ermənilərin Xocalı soyqırımında həmvətənlərimizin başına gətirdikləri dəhşətli qətliamla bağlı danışmaq üçün Türkiyə kanalları məni bura çağırıblar. Hazırda qardaş ölkədəyəm. Türkiyəyə gəldiyimi Sedat Pekərə deyiblər. O da "qonağım olsa, qürur duyaram" deyib”.
Mafiya lideri Kamil Musəvinin Afrində döyüşən türk əsgərlərinə səsləndiyi video ilə bağlı da danışıb:
"Əsgərlərimiz üçün K.Musəvinin danışması biz türklərin qəlbində böyük yer alıb. Allah ondan və onun kimi düşünənlərdən razı olsun”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı K.Musəvi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən ayağını və gözünü itirib.