Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.
"Report"un xəbərinə görə, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb. E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.
Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib.
Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, onlar əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.
Faktla bağlı araşdırma aparılır.