Meksikada 7.5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar xidmətindən informasiya yayılıb.Zəlzələnin ocağı yerin 43 kilometr dərinliyində olub. İnsan tələfatı və ya dağıntılarla bağlı hələlik məlumat yoxdur.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra verilən açıqlamada sunami təhlükəsinin olmadığını bildirib.
Qeyd edək ki, 2017-ci ilin sentyabrın 19-da Meksikada baş vermiş 7.1 bal gücündə zəlzələ zamanı 369 nəfər dünyasını dəyişmişdi.