İnternat direktorunun evindən 84 minlik oğurluq - məhkəmə işi

İnternat direktorunun evindən 84 minlik oğurluq - məhkəmə işi backend

İnternat direktorunun evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Mehman Rzayevə hökm oxunub.

Hakim Mayıl Bayramovun icraatında olan prosesdə M.Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin fevralında Çimnaz Səlimzadəyə məxsus Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib. M.Rzayev həmin evdə gözətçi işləyərkən, evdə olan ümumilikdə 84 min manat dəyərində əşyaları ayrı-ayrı vaxtlarda satmaqda, ev sahibinə məxsus idman alətlərini, qədim qabları internet üzərindən satışa çıxarmaqda ittiham olunur.

Zərərçəkmiş Ç.Səlimzadə Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbin direktorudur.
Diaspora