Almaniyanın Bavariya əyalətinin Nürnberq şəhərində dəmir yol vağzalının yaxınlığında aparılan tikinti zamanı çəkisi 45 kq-ya çatan bomba aşkarlanıb.
Axar.az xəbər verir ki, II Dünya müharibəsindən qaldığı ehtimal edilən partlayıcını zərərsizləşdirmək üçün əraziyə mütəxəssislər cəlb edilib.Məlumata görə, yaxınlıqda yaşayan əhali evakuasiya edilib. Evakuasiya edilənlər arasında azərbaycanlıların da olduğu deyilir.