İsrail qırıcıları Fələstin ərazisini bombardman ediblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.Hadisə zamanı Fələstinin aviabazası hədəf götürülüb:
“Hücum HƏMAS-ın Qəzza sektorunu atəşə tutmasına cavab olaraq keçirilib. İsrail tərəfindən heç bir itki qeydə alınmayıb. Fələstin hərbçiləri arasında ölən və yaralananlarla bağlı məlumat yoxdur”.