Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib.
APA-nın verdiyi xəbər verir ki, toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb.“Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə Fələstinin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi İrab Fukah bildirib.
Qeyd edək ki, ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar səngimək bilmir.