Kolorado Universitetindən olan Amerikalı alim Bouldere Deniel Beyker Yerin maqnit qütblərinin yerini dəyişəcəyi ilə əlaqədar fərziyyə irəli sürüb.
Axar.az xəbər verir ki, o, araşdırmalarının nəticələrini “Andark Maqazin” jurnalında dərc etdirib. Jurnalda Yerin maqnit sahəsinin son 200 ildə 15% zəiflədiyi bildirilib."Bu, geomaqnit yerdəyişmənin əlaməti ola bilər. Planetin bəzi bölgələri həyat üçün əlverişsiz olacaq".
Liverpul Universitetindən olan geofizik Riçard Holme isə qütblərin yerini dəyişəcəyi təqdirdə elektrik sistemlərinin istismarında kütləvi nasazlıq baş verəcəyini bildirib.
Tədqiqatların fikrincə, qütblərin yerdəyişməsi bir neçə min il ərzində baş verir. Bu isə maqnit sahəsində qısamüddətli zəifləməyə gətirib çıxarır. Nəticədə, kosmik radiasiya planetin səthinə çıxır, bu isə canlı orqanizm üçün zərərlidir.