Qazaxıstanın Almatı şəhərində zəlzələ baş verib.
Axar.az xəbər verir ki, zəlzələ Bakı vaxtı ilə 13:20-də qeydə alınıb. Zəlzələnin gücü 3,7 bal olub.Bu gün həmçinin zəlzələnin baş verdiyi saatda Almatıda MDB ölkələrinin hökumət başçılarının iclası baş tutub. “Sputnik” agentliyinin məlumatına görə, bağlı qapılar arxasında keçirilən iclas zəlzələyə rəğmən əvvəlki rejimdə davam edib.