Afrində İŞİD taktikası: Türk tanklarının yanında... - FOTO/VİDEO

Afrində İŞİD taktikası: Türk tanklarının yanında... - FOTO/VİDEO backend

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı İŞİD taktikasına əl atan PKK terrorçularının planları alt-üst edilib.

Publika.az xəbər verir ki, Afrin əməliyyatı çərçivəsində ələ keçirilən Al Hammam bölgəsində Türk ordusuna məxsus tanklara hücum etməyə hazırlanan PKK-lı qadın zərərsizləşdirilib. Qadın İŞİD taktikasından istifadə edərək türk tanklarının yanında özünü partlatmaq istəyib.

Kamikadze terrorçu zamanında zərərsizləşdirilib və baş verə biləcək faciənin qarşısı alınıb. Türk əsgərləri tərəfindən vurulan qadın özünü partlatsa da, türk əsgərləri arasında ölən olmayıb.

Canlı bombanın "Avesta Khabur" kod adlı 20 yaşlı Hələb sakini Zeluh Hemo olduğu bildirilib.
Diaspora