Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.
Hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.Qətli törədən törədən şəxs silahı hadisə yerinə qoyaraq qaçıb.
Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.