ABŞ vurdu: polis rəisi və icra başçısı... – 7 ölü

ABŞ vurdu: polis rəisi və icra başçısı... – 7 ölü backend

ABŞ-ın İraqın Ənbar vilayətində İŞİD terror qruplaşmasına qarşı təşkil etdiyi hava hücumu nəticəsində aralarında təhlükəsiz orqanları əməkdaşlarının da olduğu 7 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə İraq mətbuatı informasiya yayıb.

Məlumata görə, ABŞ-a məxsus helikopterin Ənbar vilayətinin Bağdadi bölgəsinə endirdiyi zərbələrdə 11 nəfər yaralanıb.

Yaralılar arasında Bağdadi bölgəsinin icra başçısı və polis rəisinin olduğu bildirilib.

Qeyd edək ki, Bağdadi bölgəsində ABŞ-a məxsus Ayn əl-Əsəd hərbi bazası yerləşir.
Diaspora