Qatı islamafob müsəlmanlığı qəbul etdi

Qatı islamafob müsəlmanlığı qəbul etdi backend

Müsəlmanların qatı düşməni islam dinini qəbul edib.

Teleqraf.com xəbər verir ki, aşırı sağçı Almaniya Alternativ Partiyasının Bardenburq region rəhbərinin müavini Artur Vaqner islam dinini qəbul edib.

Vaqner bir müddət əvvəl islamiyyətə gəldiyini və bu dini qəbul etdiyini bildirib. Ancaq müsəlman olması ilə bağlı suallara cavab verməkdən imtina edib, deyib ki, bu, şəxsi məsələdir.

Qeyd edək ki, Artur Vaqner Almaniya Alternativ Partiyasının funksioneri olaraq əsasən kilsələr və dini icmalarla bağlı sahəni nəzarətdə saxlayıb.

Almaniya Alternativ Partiyası xüsusi açıqlama yayaraq bəyan edib ki, Vaqnerin müsəlman olması və islamı qəbul etməsi fərdi məsələdir və bu partiya daxilində hər hansı bir sual yaratmır.

Ancaq bəllidir ki, son illər Almaniyada müsəlmanlara və islama qarşı ən sərt çıxışılar məhz Almaniya Alternativ Partiyası tərəfindən səsləndirilir. Bu partiya seçkilər dönəmində açıq şəkildə müsəlmanları və islam dinini hədəf almışdı. Xüsusilə qeyd edilməlidir ki, partiyanın proqramında “İslam Almaniyaya aid deyil” ifadəsi yer alıb.

Diaspora