Yapon dənizində göyərtəsində 21 nəfər olan "Vostok” balıqçı gəmisi ilə rabitə kəsilib. Gəminin göyərtəsində Rusiya, Moldova, Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.
BakuPost xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.Qəza radio-siqnalının ötürüldüyü yerə sahil mühafizə xidmətinin gəmisi, xilasedici-yedəkçi gəmi və BE-200 təyyarəsi göndərilib.
Axtarışlar hələlik bir nəticə verməyib.