Cəbrayıl rayonunun tanınmış ziyalısı, şəhid atası Ərşad Mehdiyev vəfat edib.
Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.Ərşad Mehdiyev Qarabağ üçün əyninə kəfən geyinərək milləti savaş meydanına səsləyən “Qeyrət” Prtiyasının mərhum sədri Əşrəf Mehdiyevin qardaşıdır.
Ərşad Mehdiyevin oğlu İlqar Mehdiyev isə 1988- ci ildən yüksək vəzifə tutmasına baxmayaraq, əldə silah Cəbrayılın müdafiəsinə qalxmış, 23 avqust 1993-cü ildə mülkü əhalini ermənilərdən qurtarmaq üçün öz şəxsı maşını ilə döyüş meydanından çıxararkən əsir düşmüşdü.
Verilən işğəncələrə mətanətlə sinə gərmiş, yüzlərlə silahlı erməni hərbçisi və azərbaycanlı əsir-girovların gözü qarşısında Azərbaycan bayrağını diz çökərək öpmüş, sonra ayağa durub erməni bayrağına tüpürmüşdü. (Ermənilər ona erməni bayrağını öpüb, Azərbaycan bayrağını təhqir etmək qarşılığında azad olunmaq təklifi etmişdilər).
Əvəzində ermənilərin armaturla döydüyü İlqar Mehdiyev ölümcül zədə almış, daha sonra Azərbaycan tərəfinə qaytarılmış və azad olduqdan az sonra dünyasını dəyişmişdi.
Allah rəhmət eləsin...