Qaradağ rayonunun Lökbatan qəsəbəsində qətl hadisəsi baş verib. Cəlilabad rayon sakini Elvin Arzu oğlu Qəhrəmanov yanvarın 20-də həyat yoldaşı Günel Qəhrəmanlını yastıqla boğaraq qətlə yetirib.
Qaradağ rayon prokurorluğundan virtualaz.org saytına verilən məlumata görə, qətl qısqanclıq zəminində baş verib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ rayon məhkəməsinin qərarı ilə E.Qəhrəmanlı həbs olunub.