Palmali Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus "Ağsu" yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılıb.
"Report"un "Deniz Haber" agentliyinə istinadən məlumatına görə, buna səbəb "Pal shipping trader three" şirkətinin mülkiyyətində olan gəmidə texniki çatışmazlıqların olmasıdır.Məlumatda gəminin İsveçin Göteborg limanından hərəkət etdiyi və yanvarın 11-də Danimarkanın Kalundborg limanına yan aldığı, ancaq danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu çərçivəsində tankerə texniki baxış keçirildiyi və yoxlamaların nəticəsi olaraq nəzarət altına verildiyi qeyd olunub. Bu baxımdan, "Ağsu" tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və gəmiyə həbs qoyulması barədə sənəd tərtib edildiyi vurğulanıb.
Xəbərdə həmçinin texniki çatışmazlıqları aradan qaldırmadığına görə artıq 8 gündür gəminin səfərə çıxmasına icazə verilmədiyi bildirilib.