ABŞ-da sərnişin təyyarəsi qəza enişi edib

ABŞ-da sərnişin təyyarəsi qəza enişi edib backend

ABŞ-ın Los-Anceles şəhərinin beynəlxalq hava limanında “SkyWest Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Monterey – Los-Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində 40 sərnişin və 3 ekipaj üzvü olub.

Məlumata əsasən, sərnişin və uçuş heyəti arasında xəsarət alan olmayıb.

“Bombardier СКJ200” təyyarəsinin şassidə nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilir.
Diaspora