ABŞ-ın Detroyt şəhərinin yaxınlığında düşən kiçik meteorid havada partlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayış Rixter cədvəli üzrə 2 ballıq zəlzələnin baş verməsinə səbəb olub.Sakinlər partlayışı əvvəlcə güclü ildırım kimi qəbul ediblər. Ancaq ABŞ-ın Milli Meteoroloji Xidmətinin mütəxəssisləri onun kiçik meteorid olduğunu bildiriblər.
Bu, sonradan Amerika Geoloji Xidmət tərəfindən də təsdiqlənib. Mümkün dağıntılar və zərərçəkənlər haqqında məlumat yoxdur.
Hadisənin görüntüləri internetdə dərc edilib.
">