Azərbaycanın işğal altındakı Zəngilan rayonunda bir nəfər erməninin ölümü ilə nəticələnən qəza baş verib.
Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 15-də təxminən saat 20:16-da “Kovsakan” adlandırılmış Zəngilan rayon mərkəzindən Bartaz dağına gedən yolun 30 km-də 54 LS 238 nömrəli “ZIL-13” avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sərnişin, Ermənistan Respublikası Sisiyan rayon sakini, 1978-ci il təvəllüdlü S.Q. ölüb, sürücü, 1981-ci il təvəlüdlü E.A. və digər sərnişin, 1986-cı il təvəllüdlü A.Q. isə yaralanıb.Ermənistan vətəndaşı Azərbaycanda baş vermiş avtoqəzada öldü... - “KarabkhTV”

